Qurban Qurbanov: “Qələbə üçün çox əziyyət çəkdik”

Xəbərlər
18 Dekabr 2023 23:07
167
Qurban Qurbanov: “Qələbə üçün çox əziyyət çəkdik”

“Vacib qələbə qazandıq. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVII turunu qələbə ilə başa vuran “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis “Neftçi” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra rəqib komandanın yaxşı müdafiə olduğunu vurğulayıb. Qurbanov “Qarabağ”ın qələbə qazanmaq üçün çox əziyyət çəkdiyini bildirib: “Oyunda dinamika aşağı idi. Çox yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Rəqib çox az boş zonalar verirdi. Buna görə də, qələbə üçün çox əziyyət çəkdik. "Neftçi" sona kimi oyun intizamını pozmadı. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildilər. Onlardan razı qaldım”.

Qeyd edək ki, 2:0 hesabı ilə qələbə qazanan “Qarabağ” 1-ci pillədəki mövqeyini bir az da möhkələdib. Ağdam klubu ikinci pillədə qərarlaşan “Zirə”ni 9 xal qabaqlayır.

İdman.biz