Adrian Mutu: “Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır”

Xəbərlər
18 Dekabr 2023 22:43
236
Adrian Mutu: “Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır”

“Çətin oyun idi, güclü rəqibə qarşı çıxış etdik. Futbolçularım meydanda komanda şəklində sona qədər əzimkar mübarizə aparmağa çalışdılar. Məğlub olmağımız utancvericidir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVII turunda 0:2 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis “Qarabağ”a məğlubiyyətdən sonra komandanın hücumçularının oyunundan növbəti dəfə narazılığının bildirib: “Bu gün "Neftçi"də hücum xəttində nə qədər oyunçu varsa, hamısını meydana buraxmışdım. Ön xətt oyunçularından daha yaxşısını gözləyirəm. Onlar irəlidə topu daha çox saxlamalıdılar ki, komandaya kömək olsunlar. Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Olanarenin performansına gəlincə, söhbət təkcə ondan getmir. Komandanın hücumçuları haqqında bunu deyə bilərəm. İstəyərdim ki, qollar vursunlar”.

Qeyd edək ki, “Neftçi” 25 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. O, lider “Qarabağ”dan 13 xal geri qalır.

İdman.biz