Rauf Əliyev: “Qarabağ”ın “Braqa” ilə oyunu çox çətin keçəcək”

Müsahibə
18 Dekabr 2023 16:51
962
Rauf Əliyev: “Qarabağ”ın “Braqa” ilə oyunu çox çətin keçəcək”

“Braqa” klubu güclüdür. Hər bir baxımdan çətin rəqibdir”.

Bunu İdman.biz saytına “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev deyib.

O, İsveçrənin Nyon şəhərində keçirilən Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib. Veteran hücumçunun sözlərinə görə, görüş Azərbaycan çempionu üçün asan olmayacaq: “Bu mərhələdə asan rəqib yoxdur. Çünki həm Çempionlar Liqasından gəliblər, həm də hamısı tanınmış klublardır. “Braqa” həmişə Avropa Liqasında oynayan komandadır. Portuqaliyanın 3-4 güclü klubu varsa, biri onlardır. “Qarabağ” üçün oyun çox çətin keçəcək. Komandamıza uğurlar arzu edirəm. “Qarabağ” “Braqa” səddini də keçməsi sevindirici hal olar”.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk görüş gələn il fevralın 15-də səfərdə, cavab matçı 1 həftə sonra Bakıda olacaq.

Banuçiçək Hüseynli
İdman.biz