Georgi Adamiya: “AFFA xidmətimdə maraqlı olsa Bakıya qayıdaram”

Xəbərlər
16 Dekabr 2023 13:38
1 372
Georgi Adamiya: “AFFA xidmətimdə maraqlı olsa Bakıya qayıdaram”

"Azərbaycan milli komandasını çalışdıracaq baş məşqçinin yerli və ya əcnəbi olması ciddi fərq etməyəcək".

Bunu İdman.biz saytına gürcüstanlı veteran futbolçu Georgi Adamiya deyib.

Ölkəmizdə "Neftçi", "Qarabağ", "Bakı" və "İnter"in şərəfini qorumuş veteran hücumçu özünü baş məşqçisiz olan Azərbaycan yığmasına təklif edib. Gürcüstanın U-21 millisində köməkçi məşqçi kimi çalışan Adamiyanın sözləri görə, AFFA və ya klublar xidmətində maraqlı olsa 9 il yaşadığı Bakıya qayıda bilər: "Azərbaycan yığmasının "sükanı" ölkənin və millətin mentalitetinə yaxşı bələd olan məşqçiyə etibar olunmalıdır. Bu ona yığmada yaxşı işləməsinə kömək edə bilər. Konkret təklif gələrsə, müzakirə etmək olar. Özümün ən gözəl illərimi keçirdiyim ölkəyə məmnuniyyətlə qayıdaram".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni de Byazi ilə müqaviləni yeniləməməklə bağlı qərar verib.

Emin Ağa
İdman.biz