Azər Bağırov: “Layiq olduğumuz qələbəni qazandıq”

Xəbərlər
15 Dekabr 2023 18:33
612
Azər Bağırov: “Layiq olduğumuz qələbəni qazandıq”

“Maraqlı oyun alındı. Uşaqları təbrik edirəm, yaxşı mübarizə apardılar”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVII turunda “Sabah”a 2:0 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis güclü rəqiblə oyunda qələbəyə layiq olduqlarını bildirib: "Meydanı 3 zonaya bölsək, hər hissədə yaxşı oynadıq. Komanda olaraq layiq olduğumuz qələbəni qazandıq. Futbol adına onu deyə bilərəm ki, vaxtı "öldürmədik", oyunu mümkün qədər meydanın rəqibə aid hissəsində qurduq. Yekunda da şükürlər olsun ki, qələbə qazandıq".

Qeyd edək ki, “Araz-Naxçıvan” məğlubiyyətsiz oyunlar seriyasını 4-ə yüksəldib. Bu görüşlərdə komanda 1 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb. Naxçıvan klubu 17 matçdan sonra 26 xal toplayıb.

İdman.biz