UEFA reytinqi: Azərbaycan Rusiyanı keçib

Xəbərlər
15 Dekabr 2023 09:44
249
UEFA reytinqi: Azərbaycan Rusiyanı keçib

Avrokubokların qrup mərhələsinin VI turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasında Bakıda “Hekken”ə qalib gəlməsindən sonra Azərbaycan 1 pillə irəliləyib.

Qurban Qurbanovun komandası qələbə sayəsində ölkəmizin hesabına 0,500 xal əlavə edib. Ağdam təmsilçisi pley-offa yüksəldiyi üçün reytinqimizə daha 0,500 əmsal yazdırıb. Nəticədə cari mövsümdəki xallarımız 4,875-ə, son 5 mövsümdəki əmsalımız 19,125-ə çatıb. Bununla da Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq, 28-ci yerə yüksəlib.

Beynəlxalq arenadan təcrid olunan şimal qonşularımız 18,632 xala malikdir. Azərbaycandan öndə olan Slovakiyanın isə 19,625 əmsalı var.

Reytinqdə İngiltərə birinci pillədədir. Onlar 100,533 əmsalla malikdir. İngilisləri İspaniya (86,114) və İtaliya (83,284) izləyir.

Qeyd edək ki, “Qarabağ” “Hekken”ə 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz