“Hekken”in baş məşqçisi: “Bundan sonra “Qarabağ”ın oyununu izləyəcəm” - MÜSAHİBƏ

Müsahibə
15 Dekabr 2023 00:29
908
“Hekken”in baş məşqçisi: “Bundan sonra “Qarabağ”ın oyununu izləyəcəm” - MÜSAHİBƏ

“Qarabağ"ı təbrik edirəm. Belə rəqibə qarşı oynamaq bizim üçün böyük təcrübə idi. Onlar pley-off mərhələsinə vəsiqə qazandılar”.

İdman.biz xəbər verir ki, bunu “Hekken”in baş məşqçisi Per-Matias Hoqmo deyib.

O, Bakıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a 1:2 hesabla məğlub olduqları oyunu şərh edib. İsveç təmsilçinin çalışdırıcısı bildirib ki, bundan sonra da Azərbaycan çempionunun oyununu izləyəcək: “Qələbə qazanmaq istəyirdik. Lakin ilk 45 saniyədəki qol bizim üçün gözlənilməz oldu. Erkən qoldan sonra nəyisə düzəldə bilmədik. Bu matç bizim üçün böyük təcrübə oldu. Bundan sonra “Qarabağ”ın oyununu izləyəcəm”.

- “Qarabağ”la matç sizin bu postdakı sonuncu matçınızdır. Bununla bağlı nələr deyə bilərsiniz?

- ⁠2 mövsüm yarım idi bu klubun məşqçisi idim. “Hekken”lə İsveç çempionu olduq, Avropa kuboklarında qrup mərhələsinə vəsiqə qazandıq. Bizim üçün uğurlu bir il oldu. Futbolçularımızı baha satdıq. Buradan böyük sevgi ilə ayrılacam.

- Qurban Qurbanovun oğlu Musa Qurbanlı İsveç komandasında çıxış edir. Bu barədə məlumatınız var?

- O mənim əvvəlki komandamda çıxış edir. Oyunlarını izləyirəm. Növbəti mövsümdə çempionatın bütün matçlarda iştirak etsə, öz potensialını tam göstərə bilər.

- “Qarabağ”a qarşı başqa cür mübarizə aparsaz qalib ola bilərdinizmi? Yoxsa yenə də oyundan məğlubiyyətlə ayrılardınız?

- İlk görüşdə bərabər səviyyəli oyun olsa da, 0:1 hesabı ilə uduzmuşduq. Bu dəfəki matçda da başabaş mübarizə apardıq. “Qarabağ”ın futbolçularının Avropa təcrübəsi var. Bu səbəbdən onlara güc gəlmək bir az çətindir.

- Rəqib komandanı yaxşı analiz etmişdiniz. Bundan sonra sizcə “Qarabağ” necə oyun nümayiş etdirəcək?

- “Qarabağ”ın hücumda və mərkəzdə güclü oyunçuları var. Buna görə onlar güclü komandalara qarşı yaxşı oyun göstərə bilərlər. Püşkatma keçiriləcək. Gözləmək lazımdır ki, rəqibləri kim olacaq. “Qarabağ”ın çox böyük təcrübəsi var və bu oyunda özünü büruzə verir.

Banuçiçək Hüseynli
İdman.biz