UEFA “Qarabağ”ı cəzalandırdı

Xəbərlər
27 Noyabr 2025 22:19
96
UEFA “Qarabağ”ı cəzalandırdı

UEFA İntizam Komitəsi “Qarabağ” klubunu cəzalandırıb.

İdman.Biz UEFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə “Çelsi” ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub.

Məlumata əsasən, “Qarabağ”ın azarkeşləri rəqibin futbolçusuna qarşı irqçilik edib. UEFA buna görə “Qarabağ”ı 5000 avro məbləğində cərimələyib.

Kluba həmçinin növbəti ev oyununu azarkeşsiz keçirmə şərti cəzası verilib. “Qarabağ” azarkeşləri bu müddətdə təkrar irqçi hərəkətlər edərlərsə, cəza qüvvəyə minəcək.

İdman.Biz

Məqalədə: