“Qarabağ” klubu sabah UEFA Çempionlar Liqasının ümumi mərhələsi çərçivəsində beşinci oyununa çıxacaq.
İdman.Biz bildirir ki, Ağdam klubunun rəqibi İtaliyanın “Napoli” klubu olacaq.
Qarşılaşma “Dieqo Armando Maradona” stadionunda keçiriləcək.
“Qarabağ” futbolçuları artıq oyunöncəsi məşq üçün qarşılaşmanın keçiriləcəyi məkandadırlar.
Klubun mətbuat xidməti sözügedən stadiondan görüntülər paylaşıb.
“Napoli” - “Qarabağ” oyunu 25 noyabrda Neapolda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
