“Kəpəz” gürcüstanlı futbolçu ilə anlaşdı

Xəbərlər
10 Yanvar 2026 18:10
63
“Kəpəz” gürcüstanlı futbolçu ilə anlaşdı

Premyer Liqada qalmaq üçün mübarizə aparan “Kəpəz” heyətinə daha bir futbolçu qatıb.

İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, Gəncə klubu gürcüstanlı Mate Abuladzeni transfer edib.

“Sarı-göylər” 25 yaşlı mərkəz müdafiəçisi ilə yaxın günlərdə müqavilə bağlayacaq.

Son olaraq ölkəsində “Samqurali”də oynamış futbolçu daha əvvəl “Torpedo” (Kutaisi) və “Samtredia”da da forma geyinib.

Xatırladaq ki, gəncəlilər onadək “Turan Tovuz”dan ayrılan Veysəl Rzayevlə gücləniblər.

İdman.Biz