Hazırlıq prosesini davam etdirən “Araz-Naxçıvan” komandası yoxlama oyununda əvəzedici heyəti 7:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, Naxçıvan təmsilçisinin əsas komandası əvəzedici heyətə qarşı oynayıb və görüş əsas komandanın əzmkar qələbəsi ilə başa çatıb.
Qolları Ba-Muaka Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen əvəzedici komandadan keçirməyi bacarıblar.
