“Qarabağ” qış hazırlığının ikinci mərhələsi üçün Antalyaya yollanıb - FOTO/VİDEO

Xəbərlər
10 Yanvar 2026 16:38
75
“Qarabağ” qış hazırlığının ikinci mərhələsi üçün Antalyaya yollanıb - FOTO/VİDEO

“Qarabağ” qış təlim məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yola düşüb.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionunun hazırlıq prosesi Antalya şəhərində baş tutacaq.

Ağdam təmsilçisinin Türkiyə toplanışı ayın 17-dək davam edəcək. “Qarabağ” burada yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə, yanvarın 16-da isə Polşa təmsilçisi ”Zaqlebie Lubin”lə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İdman.Biz
Məqalədə: