AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 23-cü turunun və Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
İdman.Biz-in məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, ümumilikdə 5 oyunda olan mübahisəli epizodu dəyərləndirib.
Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.
