“Qarabağ” Braziliya klubunun müdafiəçisi ilə maraqlanır

12 Mart 2026 08:05
313
“Qarabağ” Braziliya klubunun müdafiəçisi ilə maraqlanır

“Qarabağ” heyətini yeni əcnəbi oyunçu ilə gücləndirmək niyyətindədir.

İdman.Biz-in ne45.com.br saytına istinadən verdiyi məlumata görə, Ağdam klubu Braziliyanın “Sport Resifi” komandasının mərkəz müdafiəçisi Marselo Ajula ilə maraqlanır.

Azərbaycan çempionu artıq 23 yaşlı futbolçunun transferini təşkil etmək üçün Braziliya B Seriyası klubu ilə danışıqlara başlayıb. Mənbənin məlumatına görə, “Qarabağ” rəsmi təklif göndərib, lakin Braziliya klubu ilkin təklifi qəbul etməyib.

Marselo Ajulanın “Sport Resifi” ilə müqaviləsi 31 dekabr 2027-ci ilə qədərdir.

İdman.Biz