“Sabah” klubunun “Atletiko Madrid”in sabiq futbolçusu Toni Maya ilə maraqlandığı iddia olunur.
Yayılan transfer xəbərləri ilə bağlı İdman.Biz “Sabah” Futbol Klubuna sorğu ünvanlayıb.
Klubdan saytımıza bildirilib ki, bu məlumat doğru deyil.
“Klubda yeni futbolçuların gəlişi və ya hər hansı ayrılıqla bağlı yenilik olduqda bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək. Hələ ki, bu istiqamətdə hər hansı yenilik yoxdur”, - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi hazırda “Saraqosa”nın şərəfini qoruyur.
Xatırladaq ki, ”Sabah” turnir cədvəlində 56 xalla birincidir.
