Trezeqe: “37 yaşı olsa belə, onu transfer edərdim”

12 Mart 2026 10:32
100
Trezeqe: “37 yaşı olsa belə, onu transfer edərdim”

Futbol üzrə Fransa millisinin sabiq hücumçusu David Trezeqe polşalı hücumçu Robert Levandovski haqqında fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, o, polşalı forvardın yaşına baxmayaraq yüksək səviyyədə çıxış etməyə davam etdiyini bildirib.

“37 yaşı olsa belə, mən Levandovskini "Yuventus"a transfer edərdim, çünki o, başqa kateqoriyadandır”, - deyə Trezeqe vurğulayıb.

O əlavə edib ki, Levandovski müasir futbolda klassik hücumçu rolunu qoruyub saxlayan nadir oyunçulardandır: "O, futbolda qalan son klassik "doqquz nömrə" tipli hücumçulardan biridir və bu baxımdan Erlinq Holand ilə yanaşı göstərilə bilər".

Trezeqe futbolçunun fiziki xüsusiyyətlərinin müəyyən qədər dəyişdiyini də qeyd edib: “Bəlkə də fiziki baxımdan dəyişib, amma o, güclüdür, ağıllıdır və qol vurmağı bacarır”.

İdman.Biz