AFFA Gəncə klubunu yarışlardan kənarlaşdırıb

Xəbərlər
13 Dekabr 2023 14:40
189
AFFA Gəncə klubunu yarışlardan kənarlaşdırıb

Azərbaycanda aşağı yaş qrupları üzrə liqalarda çıxış edən 2 klub yarışlardan kənarlaşdırılıb.

İdman.biz xəbər verir ki, bununla bağlı AFFA-nın İntizam Komitəsi qərar verilib.

U-11 Liqasında keçirilməli olan “Gəncəvi” (Gəncə) - “Qoşqar” (Gəncə) oyununda qonaqların heyətində yetərsay olmadığı üçün matç baş tutmayıb. Bu hal cari mövsümdə 3-cü dəfə təkrar olunduğuna görə “Qoşqar” yarışlardan kənarlaşdırılıb.

U-10 Liqasında isə “Xətai” - “Zirə” qarşılaşması ev sahibinin təyin olunan vaxtda gəlməməsi səbəbindən oyun keçirilməyib. Analoji hal “Xətai”də cari mövsümdə 3-cü təfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.

İdman.biz

Məqalədə: