AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Xəbərlər
19 Noyabr 2025 21:38
27
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.

İdman.Biz bildirir ki, iclasda aşağıdakı məsələlər müzakirə olunub:

- UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər;
- Klub sahibliyi ilə bağlı məsələlər;
- UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümü üçün tətbiqi;
- UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması;
- UEFA-nın tibbi və antidopinq tələbləri.

İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

İdman.Biz