“Qarabağ”: Tarixə baxış, qiyabi rəqabət və ya 10-cu finiş - TƏHLİL

Təhlil
13 Dekabr 2023 10:19
906
“Qarabağ”: Tarixə baxış, qiyabi rəqabət və ya 10-cu finiş - TƏHLİL

Bu həftə avrokubokların qrup mərhələsinə yekun vurulacaq. Əsas raundda mübarizə aparan yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da qrupda son sınağına çıxacaq.

İdman.biz xəbər verir ki, Avropa Liqasında yarışan Qurban Qurbanovun yetirmələri pley-offa vəsiqəni təmin etsə də, hansı turnirdə oynamaq baxımından həlledici dueldə qüvvəsini sınayacaq. Komandamız Norveç “Molde”si ilə qiyabi rəqabətdə ikincilik mübarizəsi aparacaq.

İsveç “Hekken”ini qəbul edəcək Azərbaycan çempionu digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq, ikinci yeri qorumaq və Avropa Liqasında oynamaq üçün mütləq qalib gəlməlidir. Heç-heçə və məğlubiyyət təqdirində isə çempionumuz “Molde”nin Almaniyada “Bayer”lə matçda daha yaxşı nəticə göstərməməsinə ümid etməli olacaq.

Ardıcıl 10-cü dəfə avrokubokların qrup mərhələsində oynayan “Qarabağ”ın əvvəlki 9 finişi fərqli yadda qalıb. Son görüşlər həm əhəmiyyəti, həm nəticəsinə görə bir-birindən fərqlənib.

Bəhramovdan “məşhur” hakim
Azərbaycanda ən məşhur hakim Tofiq Bəhramov olsa da, 10 ilə yaxındır onu “kölgədə qoyan” biri var. Bu, çexiyalı Miroslav Zelinkadır. “Qarabağ”ın “İnter”lə Bakıdakı oyununda verdiyi bir yanlış qərarla “məşhurlaşan” referini ölkəmizdə söyməyən, tənqid etməyən futbolsevər qalmadı. Məhz bu hakimin qolu saymaması üzündən “Qarabağ” Avropa Liqasının qrupundakı ilk cəhdində - 2014/15 mövsümündə mərhələ adlaya bilmədi. Bakıdakı qolsuz heç-heçə isə ikinci yerin taleyinin həll olunduğu son tura autsayder kimi çıxan “Dnepr”ə 1:0 hesablı qələbə ilə ikinci olmaq imkanı verdi.

1

İnter

5

3

2

0

6-2

11

2

Sent-Etyen

5

0

5

0

2-2

5

3

Qarabağ

5

1

2

2

3-5

5

4

Dnepr

5

1

1

3

3-5

4

Kintananın qolu yetmədi
Bir il sonra “Qarabağ”ın qrupdakı taleyi yenə son tura qaldı. Bu dəfə də vəzifə çətin idi. Qurban Qurbanovun yetirmələri səfərdə “Anderlext”i məğlub etməli, üstəlik “Monako”nun İngiltərədə uduzmasını arzulamalı idi. “Tottenhem” öz işini layiqincə gördü və “Knyazlıq klubu”nu böyük hesabla məğlub etdi – 4:1. “Qarabağ”ın özü də Brüsseldə hesabı açdı. Dani Kintana birinci hissənin ortalarında Azərbaycan təmsilçisini hesabda önə, onlayn turnir cədvəlində ikinci sıraya daşıdı. Amma buraxılan qoldan sonrakı 5 dəqiqəyə iki dəfə fərqlənən “Anderlext” elə 2:1 hesablı qələbə ilə ikinci sırada qaldı.

1

Tottenhem

5

3

1

1

8-5

10

2

Anderlext

5

2

1

2

6-5

7

3

Monako

5

1

3

1

4-5

6

4

Qarabağ

5

1

1

3

3-6

4

Yenə son turda
Ardıcıl üçüncü dəfə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” 2016/17 mövsümündə də son turadək mübarizə apardı. Əvvəlki iki illə müqayisədə bu dəfə turnir cədvəlində vəziyyət daha mürəkkəb idi. Son turdan sonra ilk üç yerdə qərarlaşanların eyni – 10 xala malik olması və ya ikinci yerə iddialı üç klubun 7 xal toplaması mümkün variantlardan idi. Amma son tur belə hesablamalara yer qoymadı. “Fiorentina”nı qonaq edən “Qarabağ” Reynaldonun bərabərlik qoluna baxmayaraq, 1:2 hesabı ilə uduzdu. Çempionumuzun hər iki matçda üstələdiyi PAOK isə “Slovan”ı iki cavabsız qolla məğlub edərək ikinci yerin sahibi oldu.

1

Fiorentina

5

3

1

1

13-5

10

2

Qarabağ

5

2

1

2

6-10

7

3

PAOK

5

2

1

2

5-6

7

4

Slovan

5

1

1

3

7-10

4

Tarixi uğur və formal finiş
2017/18 mövsümü Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazılıb. Çempionlar Liqasının qrupundakı ilk və hələlik yeganə təmsilçimiz “Qarabağ” “Ölüm qrupu”nda nəhənglərlə mübarizə aparmalı idi. Son tura qədər qazanılan 2 xal böyük uğur olsa da, nəinki ilk iki yerə, hətta Avropa Liqasına vəsiqə verən 3-cü pilləyə də şans qalmamışdı. Finişdə “Roma”ya 0:1 hesablı səfər məğlubiyyətindən sonra İtaliya klubu qrup qalibi oldu. “Çelsi” isə evdə xal itkisi ilə üzləşdi – 1:1.

1

Çelsi

5

3

1

1

15-7

10

2

Roma

5

2

2

1

8-6

8

3

Atletiko

5

1

3

1

4-3

6

4

Qarabağ

5

0

2

3

2-13

2

Şanssız püşk
Çempionlar Liqasından sonra – 2018/19 mövsümündə yenidən Avropa Liqasında qrup həyəcanı yaşayan “Qarabağ” üçün püşk uğursuz alındı. Şanssızlıq “Arsenal” və “Sportinq” kimi güclü rəqibləri öncədən qalib elan etməyə əsas verirdi. Artıq son tur da formal xarakter daşıyırdı. “Qarabağ” Londonda 0:1, “Vorskla” isə Lissabonda 0:3 hesabı ilə uduzmaqla finişi də məğlubiyyətlə başa vurdu.

1

Arsenal

5

4

1

0

11-2

13

2

Sportinq

5

3

1

1

10-3

10

3

Vorskla

5

1

0

4

4-10

3

4

Qarabağ

5

1

0

4

2-12

3

Kiprdə itirilən şans
2019/20 mövsümü də fərqli olmadı. Bu dəfə də son tur “Qarabağ” üçün formallıq daşıyırdı. Elə bu səbəbdən də Qurban Qurbanovun yetirmələri səfərdə asanlıqla məğlub etdiyi “Düdelanj”la Bakıdakı matça motivasiyasız çıxdı və qələbəsiz ayrıldı – 1:1. Bu dəfə nəhənglər deyil, APOEL təmsilçimizin yolunu kəsdi. Şəxsi oyunlarda (2:2, 1:2) rəqibindən geri qalan Ağdam klubu son tur öncəsi şansını itirdi. Kiprdəki məğlubiyyətimiz rəqibi elə ruh verdi ki, ikinci dövrədə üç qələbə qazandı və hətta “Sevilya”nı da son turda üstələdi – 1:0.

1

Sevilya

5

5

0

0

14-2

15

2

APOEL

5

2

1

2

9-8

7

3

Qarabağ

5

1

1

3

7-10

4

4

Düdelanj

5

1

0

4

7-17

3

“Korona”ya qurban gedən səfər
2020-ci ildə bütün dünyanı bürüyən koronavirus pandemiyası “Qarabağ”dan da yan ötmədi. Azərbaycan çempionu qrup mərhələsinin son görüşünə gedə bilmədi. Lakin İspaniyada “Vilayrreal”la qarşılaşmanın əhəmiyyəti də qalmamışdı. Nəinki ilk iki yerə, hətta son pillədən qurtulmağa belə şansı qalmayan Ağdam klubu mövsümü texniki məğlubiyyətlə başa vurdu. Digər görüşdə 1:0 hesablı qələbə qazanan “Makkabi” ikinci sıradakı mövqeyini qorudu.

1

Vilyarreal

5

4

1

0

14-5

13

2

Makkabi T-Ə

5

2

2

1

5-7

8

3

Sivasspor

5

2

0

3

9-10

6

4

Qarabağ

5

0

1

4

4-10

1

Konfrans Liqasında debüt və finişin üzüntüsü
2021/22 mövsümündə Konfrans Liqasında debüt edən “Qarabağ” ənənəsinə sadiq qalaraq yenə qrupa qədər irəlilədi. Bu dəfə rəqiblər nisbətən zəif olduğundan çempionumuz favoritlərdən idi. Artıq son tur öncəsi Qurban Qurbanovun yetirmələri ilk iki yerdən birini təmin etmişdi. Bu, tarixi uğur idi. İlk dəfə Azərbaycan təmsilçisi mövsümün ikinci yarısında mübarizə aparacaqdı. “Qarabağ”ın 1/8 final, yoxsa pley-offda oynaması “Bazel”lə İsveçrədəki matçda müəyyənləşəcəkdi. 0:3 hesablı məğlubiyyət qrup birinciliyinin üzərindən xətt çəkdi. Qrupun formal xarakterli digər qarşılaşmasında isə qol vurulmadı.

1

Bazel

5

3

2

0

11-6

11

2

Qarabağ

5

3

2

0

10-5

11

3

Omoniya

5

0

3

2

5-10

3

4

Kayrat

5

0

1

4

6-11

1

İtirilən şans
Bir illik fasilədən sonra Avropa Liqasının qrupuna qayıdan “Qarabağ” son tur öncəsi yenə pley-offa vəsiqəni təmin etmişdi. Lakin komandanın Avropa Liqası, yoxsa Konfrans Liqasında oynayacağı finişdə bəlli olmalı idi. İkinci sıradakı mövqeyini qorumaq üçün Qurban Qurbanovun yetirmələri Bakıda “Frayburq”u mütləq udmalı idi. İstənilən xal itkisində ümidlər “Olimpiakos”un “Nant”ı büdrətməsinə bağlı olacaqdı. Kvabena Ovusu Almaniya klubu ilə görüşün uzatma dəqiqələrində məğlubiyyətdən qaçmaq imkanı versə də (1:1), fransalıların səfərdəki 2 cavabsız qolu “Qarabağ”ı üçüncü pillənin sahibi kimi Konfrans Liqasına daşıdı.

1

Frayburq

5

4

1

0

12-2

13

2

Qarabağ

5

2

1

2

8-4

7

3

Nant

5

2

0

3

4-11

6

4

Olimpiakos

5

0

2

3

2-9

2

Oxşar ssenaridə rəqib fərqi
“Qarabağ”ın qrup mərhələsindəki 10-cu finişi bir il əvvəlkini xatırladır: Almaniya klubu 1-ci yeri təmin edib, autsayderin heç bir şansı qalmayıb, 7 xala malik təmsilçimiz ikincidir və son turu evdə oynayır. Amma bu dəfə Qurban Qurbanovun yetirmələri Almaniya nəhəngi deyil, xal üzünə həsrət autsayderlə görüşür. Hər şey “Qarabağ”ın öz əlindədir. Üstəlik, “Bayer” də doğma meydanda əsas rəqibimiz olan “Molde”ni sınağa çəkəcək.

1

Bayer

5

5

0

0

14-2

15

2

Qarabağ

5

2

1

2

5-8

7

3

Molde

5

2

1

2

11-7

7

4

Hekken

5

0

0

5

2-15

0

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək “Qarabağ” – “Hekken” matçı saat 21:45-də başlayacaq.

Hüseyn Vaqif