Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

Xəbərlər
6 Noyabr 2025 01:10
27
Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

“Kadi Borgesin zədəsi ciddi ola bilər”.

İdman.Biz xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçsi Qurban Qurbanov UEFA Çempionlar Liqasının IV turunda “Çelsi” ilə matçdan sonrakı mətbuat konfransında deyib.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesabı ilə yekunlaşıb. Kadi Borges oyunun 31-ci dəqiqəsində zədələnərək meydançanı tərk edib.

O, görüşün gedişində zədələnərək meydanı tərk edən yarımmüdafiəçinin son durumundan danışıb:

“Hazırda nəsə deyə bilmirəm. Sabah onun vəziyyətini daha dəqiq öyrənəcəyik. Lakin düşünürəm ki, zədəsi ciddi ola bilər. Deyəsən ayağındakı sümüklərdən birində sınıq yaranıb. İnanırıq ki, Kadinin zədəsi yüngül olacaq”.

İdman.Biz