“Turan Tovuz”un məşqçiləri Tbilisi “Dinamo”sunun akademiyasında olublar - FOTO

Xəbərlər
11 Dekabr 2023 14:25
155
“Turan Tovuz”un məşqçiləri Tbilisi “Dinamo”sunun akademiyasında olublar - FOTO

“Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Rasim Əliyev, məşqçisi Elxan Abdıyev və qapıçı məşqçisi Yaməddin Əliyev yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq məqsədi ilə Tbilisi “Dinamo”sunun akademiyasında olublar.

İdman.biz xəbər verir ki, 3 günlük səfər zamanı məşqçilər “Dinamo” Futbol Akademiyasının direktoru Giorgi İvanişvili, koordinatoru Qabriel Jervazi, baş seleksioneri Temuri Uqreçelidze və məşqçiləri ilə görüşlər keçiriblər.

Çalışdırıcılar buradakı şərait, yeniliklər, məşq metodları, seleksiya qaydaları və digər məsələlər haqda geniş fikir mübadiləsi aparıblar. Hər iki akademiyanın əməkdaşlığı haqda ilkin razılıq əldə olunub.

“Dinamo” akademiyasının rəhbəri Giorgi İvanişviliyə “Turan Tovuz”un forması hədiyyə olunub.

İdman.biz