Zaur Həşimov: “Turan Tovuz”la oyunda daha güclü “Şəfa” görəcəyik”

18 Sentyabr 2026 22:56
102
Zaur Həşimov: “Turan Tovuz”la oyunda daha güclü “Şəfa” görəcəyik”

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının altıncı turunda “Qarabağ”a 0:1 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis penalti epizoduna qədər rəqibə yüzfaizlik qol imkanları yaratmağa imkan vermədiklərini bildirib:

“Ümumilikdə, oyun bizim üçün pis keçmədi. Penalti epizoduna qədər “Qarabağ”a yüzfaizlik qol imkanları yaratmağa, demək olar ki, imkan vermədik. Uğurlu hücum təşkil edib qol vuracağımıza ümid edirdik. Ən azı bir xal qazanacağımızı düşünürdük – bu, bura gələndə qarşımıza qoyduğumuz minimum məqsəd idi. Futbolçularımdan razı qaldım və onlara təşəkkür etdim. Bundan əlavə, üç gün əvvəl keçirilən “Sabah”la oyun komandadan çoxlu fiziki güc aldı. Bütün bu halları nəzərə alaraq, komandamdan razıyam”.

Zaur Həşimov növbəti oyunun “Turan Tovuz”a qarşı olacağını xatırladıb:

“Qarşıda milli komandaların oyunları ilə əlaqədar fasilə var. Üç həftəmiz olacaq. Bütün komandalar bu qrafik üzrə oynayacaqlar. Belə rəqiblərlə oyunlarda da xal toplamaq istəyirik. Əvvəlki rəqiblərimizin hər biri bizimlə görüşənədək avrokuboklarda bir neçə oyun keçirmişdi. Bu gün komandamız da layiqli müqavimət göstərdi. Üç həftəmiz var. “Turan Tovuz”la oyunda daha güclü “Şəfa” görəcəyik”.

İdman.Biz