“Bavariya” səfərdə 5, “Borussiya” öz meydanında 3 top buraxıb - VİDEO

Xəbərlər
9 Dekabr 2023 23:48
391
“Bavariya” səfərdə 5, “Borussiya” öz meydanında 3 top buraxıb - VİDEO

“Bavariya” Almaniya Bundesliqasında ağır məğlubyyət alıb.

İdman.biz xəbər verir ki, ölkə çempionu səfərdə “Ayntraxt”a 1:5 hesabı ilə uduzub.

Fasiləyə kimi 3 top buraxan “Bavariya” fasilədən sonra daha iki dəfə məyus olub. Meydan sahiblərinin heyətində Ebimbe dubl edərək qələbədə böyük rol oynayıb. Münhen klubu sonuncu dəfə 4 il əvvəl belə hesabla uduzub. O vaxt da “Ayntraxt”la səfər qarşılaşması 1:5 hesabı ilə yekunlaşıb.

“Union Berlin” üçayyarımlıq fasilədən sonra qələbə qazanıb. Berlin klubu öz meydanında Münhenqladbax “Borussiya”sına qalib gəlib. Komanda sonuncu dəfə avqustun 26-da meydanı 3 xalla tərk etmişdi.

Dortmund “Borussya”sı öz meydanında “Leyptsiq”ə uduzub.

Almaniya Bundesliqası
14-cü tur

Ayntraxt – Bavariya – 5:1
Haydenhaym – Darmştadt – 3:2
Union Berlin – Borussiya M – 3:1
Verder – Auqsburq – 2:0
Volfsburq – Frayburq – 0:1
Borussiya M – Leyptsiq – 2:3

İdman.biz