"Kəpəz" "Qəbələ"ni darmadağın edib, “Zirə” növbəti dəfə xal itirib - VİDEO

Xəbərlər
9 Dekabr 2023 18:57
700
"Kəpəz" "Qəbələ"ni darmadağın edib, “Zirə” növbəti dəfə xal itirib - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasının XVI turunun iki oyunu baş tutub.

İdman.biz xəbər verir ki, Qəbələdə autsayderlər üz-üzə gəliblər.

Son iki pillədə qərarlaşan komandaların duelində qələbə qazanan tərəf böyük üstünlük qazanacaqdı. Rəqibindən bir xal geri qalan “Kəpəz” qələbə sayəsində sonuncu pilləni tərk edib. Adil Şükürovun komandası səfərdə 3:0 hesabı ilə qələbə qazanıb. “Qəbələ” isə 8-ci pillədə qərarlaşan “Turan-Tovuz”la aradakı xal fərqini azaltmaq şansını qaçırıb.

Son 4 oyunda cəmi 2 xal qazanan “Araz-Naxçıvan” “Zirə” ilə görüşdə xal itkisi yaşayıb. Zirədə keçirilən oyun 0:0 hesabı ilə yekunlaşıb. Son turlar Rəşad Sadıqovun yetirmələrinin işi heç də rəvan getmir. Əvvəlcə liderliyi itirən zirəlilər, ardıcıl üçüncü oyunda xal itiriblər.

Qeyd edək ki, noyabrın 9-da “Sabah” “Səbail”i, “Neftçi” isə “Turan Tovuz”u qonaq edəcək. Turun açılış matçında "Qarabağ" səfərdə "Sumqayıt"a 6:1 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası
XVI tur
9 dekabr
15:00. “Qəbələ” - “Kəpəz” - 0:3
Qollar:
Georgi Papunaşvili, 6, 72, Adama Niane, 70
Qırmızı vərəqə: Emil Səfərov, 50
Baş hakim: İnqilab Məmmədov

Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
"Kəpəz": 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal
Baş məşqçi: Adil Şükürov
Qəbələ şəhər stadionu

17:00. “Zirə” - “Araz-Naxçıvan” - 0:0
Baş hakim: Rəşad Əhmədov

"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov
"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 82. Vüsal Alızadə, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç
Baş məşqçi: Azər Bağırov
Zirə İdman Kompleksinin stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

17

2

3

42-14

35

2

Zirə

16

8

5

3

13-8

29

3

Sumqayıt

16

6

5

5

16-21

23

4

Səbail

15

6

5

4

23-22

23

5

Araz-Naxçıvan

16

6

5

5

17-16

23

6

Neftçi

15

6

4

5

16-13

22

7

Sabah

15

5

4

6

21-19

19

8

Turan Tovuz

15

4

4

7

22-23

16

9

Kəpəz

16

3

4

9

10-26

13

10

Qəbələ

16

3

2

11

11-29

11

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 12 qol, Aleksandr Ramalinqom ("Səbail") - 6 qol, Leandro Andrade ("Qarabağ") - 6 qol.

İdman.biz