Seçmə mərhələnin püşkatması keçirilib

Xəbərlər
8 Dekabr 2023 17:59
599
Seçmə mərhələnin püşkatması keçirilib

2025-ci ildə Litvada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında yığmamız 4-cü qrupda Monteneqro, Bolqarıstan və Latviya komandaları ilə mübarizə aparacaq.

Qrupun oyunları 2024-cü ilin aprelində start götürəcək. Yığmamızın qarşılaşmaları aprelin 3-9-da Latviyada təşkil olunacaq. İlkin mərhələdə B Liqasının qrup qalibləri A Liqasına vəsiqə qazanacaqlar.

Final mərhələsi 2025-ci ildə İsveçdə təşkil olunacaq.

17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Millimiz B Liqasında Bolqarıstan, Sloveniya və Moldova yığmaları ilə birlikdə 2-ci qrupda yer alıb. Qrup oyunları gələn il martın 14-20-da Bolqarıstan evsahibliyi edəcək.

İdman.biz