AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

Xəbərlər
6 Dekabr 2023 10:44
164
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının B qrupunun III turu çərçivəsində “Sankt-Polten” (Avstriya) – “Slaviya Praqa” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.

Matç dekabrın 13-də baş tutacaq.

İdman.biz