Yığma komandanın üzvü əməliyyat edilib - FOTO

Xəbərlər
30 Sentyabr 2025 22:10
35
Yığma komandanın üzvü əməliyyat edilib - FOTO

“Şamaxı”nın və Azərbaycanın U-21 yığmasının üzvü Edqar Adilxanov bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirib.

İdman.biz