Nazim Babayev bədii gimnastla evlənir - TOYDAN FOTO - VİDEO

Xəbərlər
26 Noyabr 2023 20:17
1 361
Nazim Babayev bədii gimnastla evlənir - TOYDAN FOTO - VİDEO

Azərbaycanlı atlet Nazim Babayev subaylığın daşını atıb.

İdman.biz xəbər verir ki, bu gün 26 yaşlı Avropa çempionun toyudur.

O, bədii gimnast, hazırda isə məşqçi kimi çalışan Nərmin Cahangirova ilə ailə həyatı qurur. Toyda yeni evlənənlərin ailə üzləri, dostları, rəfiqələri və yaxınları iştirak edirlər.

Qeyd edək ki, Babayev üçtəkanla tullanmada Azərbaycan millisinin lideridir. O, Avropa çempionu olmaqla yanaşı, İslam Həmrəyliyi Oyunlarının və Universiadanın da qızıl medallarını qazanıb.

Cahangirova isə 2020-ci ilədək qrup hərəkətləri komandamızda yer alıb. O, Bolqarıstanda, İtaliyada və Polşada beynəlxalq turnirlərdə mükafatçı olub.

Allah xoşbəxt eləsin!

İdman.biz