Noyabrın 24-də Milli Olimpiya Komitəsində Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüş keçirilib.
İdman.biz-in məlumatına görə, görüşdə MOK-un vitse prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, Azərbaycan Atletika Fedeasiyasının prezidenti Cavid Qurbanov, MOK-un İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Atletika Federasiyasının birinci vitse-prezidenti, millət vəkili Könül Nurullayeva, MOK-un İdman İdarəsinin müdiri Həsənağa Rzayev və Ateltika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə iştirak edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un beynəlxalq idman əlaqələrindən danışaraq bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin çıxışlarında ölkə rəhbərliyinə Milli Olimpiya Komitəsinin prezidentliyindən gəldiyini xüsusilə vurğuladığını deyib. Daha sonra ölkəmizin I Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsindən, Azərbaycanın bu oyunlarda yeni standarları müəyyənləşdirdiyini qeyd edib.
Görüşün sonunda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinova xüsusi xatirə hədiyəsi təqdim edib.
İdman.biz