Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Yay Azərbaycan çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasının stadionunda baş tutacaq yarışda milli komandamızın aparıcı üzvləri də daxil olmaqla, ölkənin ən güclü atletləri mübarizə aparacaq.
Yarış dünya çempionatı və İslam Həmrəyliyi Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması və komandalararası Avropa çempionatına seçim baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan çempionatının açılış mərasimi iyunun 6-da, saat 16:30-da keçiriləcək.
İdman.biz