Skidan Avropa Atmalar Kubokunda

Xəbərlər
9 Mart 2024 22:54
187
Skidan Avropa Atmalar Kubokunda

Bu gün Portuqaliyanın Leiria şəhərində Avropa Atmalar Kuboku start götürüb.

İdman.biz xəbər verir ki, ölkəmizi çəkicatma yarışlarında Hanna Skidan təmsil edəcək.

Turnirdə 41 ölkədən 301 nəfər atlet iştirak edir. Skidan sabah Bakı vaxtı ilə saat 17:30-da mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Hanna Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdman.biz