Tokio marafonunun qalibi dopinq görə ittiham olunur

18 Sentyabr 2026 05:36
108
Tokio marafonunun qalibi dopinq görə ittiham olunur

2019-cu il Tokio marafonunun qalibi olmuş efiopiyalı qaçışçı Ruti Aqa metilprednizolon steroidinə görə müsbət çıxan test nəticəsi və dopinq-nəzarət zamanı manipulyasiyalar səbəbindən yarışlardan müvəqqəti kənarlaşdırılıb.

“İdman.Biz” xəbər verir ki, 32 yaşlı idmançıya qarşı antidopinq qaydalarını pozması ilə bağlı rəsmi ittiham irəli sürülüb.

Bu barədə yüngül atletikada neqativ hallarla mübarizə aparan müstəqil qurumun (Athletics Integrity Unit, AIU) saytında məlumat yayılıb.

Ruti Aqa 2012-ci ildə gənclər arasında 5000 metr məsafəyə qaçış üzrə dünya çempionatının gümüş mükafatçısıdır. O, Berlin, Tokio və Nyu-York marafonlarında ümumilikdə beş dəfə mükafatçılar sırasına daxil olub.

İdman.Biz