Sergey Zhelanov Azərbaycan milli komandasına qoşuldu

17 Sentyabr 2026 18:34
121
Sergey Zhelanov Azərbaycan milli komandasına qoşuldu

Azərbaycan Atletika Milli Komandasına yeni məşqçi qoşulub.

İdman.Biz xəbər verir ki, Olimpiya Oyunlarının mükafatçısı, Rusiyanın milli komandasının məşqçisi olmuş Sergey Zhelanov bundan sonra Azərbaycan Atletika Milli Komandasının məşqçilər heyətində fəaliyyət göstərəcək.

Təcrübəli mütəxəssis milli komandanın hazırlıq prosesinə qoşularaq atletlərimizin məşq proqramlarının təkmilləşdirilməsinə və qarşıdakı yarışlara hazırlığına öz töhfəsini verəcək.

İdman.Biz