Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar keçirilir.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, seminarın ilk günündə xaricdən dəvət olunmuş mütəxəssis Daniela Stanimirova Daşeva mütəxəssislərlə görüşüb.
Görüş zamanı düzgün məşq prosesinin qurulması və məşq planlarının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları müzakirə olunub.
Seminar sentyabrın 25-dək davam edəcək.
