Ultramarafonun mükafatçısı: “Bacardım” - VİDEO

Xəbərlər
4 Mart 2024 16:04
365
Ultramarafonun mükafatçısı: “Bacardım” - VİDEO

“Xankəndindən Bakıya kimi qaçmağı bacardım”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan atleti Seymur Şahbazov deyib.

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultramarafonununda üçüncü yeri tutan idmançı yarış barədə fikirlərini bildirib: “Bu mənim üçün möhtəşəm bir hissdir. Ultramarafona çox məsuliyyətlə yanaşırdım. Sevindirici haldır ki, hər hansısa bir pis hadisə baş vermədi. Yarışın əvvəlindən sonuna qədər mübarizə aparmağı düşünürdüm”.

O bildirib ki, 380 km məsafəni qət etmək üçün xüsusi hazırlıq keçməyib: “Heç vaxt bu yoldan dönmək istəmədim. Peşəkar bir şəkildə yarışa hazırlaşmamışdım. 8 ildir həvəskar olaraq atletika ilə məşğulam. Belə bir yarışda üçüncü yerə çıxmaq mənim üçün böyük bir nəticədir”.

Qeyd edək ki, idmançı fevralın 29-da Xankəndidə start götürən ultramarafonda Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan – Bakı (55 km) mərhələlərini uğurla başa vurub.

İdman.biz

Məqalədə: