Nazim Babayev Azərbaycan çempionu olub

27 Yanvar 2024 19:51
472
Nazim Babayev Azərbaycan çempionu olub

Atletika üzrə 40-cı Azərbaycan qış çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə daha 10 dəst medal öz sahibini tapıb.

Millinin liderlərindən Nazim Babayev qalib adını qazanıb. O, uzunluğa tullanmada 7,7 m göstərici ilə Azərbaycan çempionu olub.

Qeyd edək ki, çempionatda Bakı, Bərdə, Gəncə, Astara, Naxçıvan, Xızıdan ümumilikdə 14 komanda və 130 idmançı mübarizə aparıb.

Uzunluğa tullanma
1. Nazim Babayev
2. Kəsgin Abbaszadə
3. Orxan Aslanov

Uzunluğa tullanma
1. Fəxriyyə Tağızadə
2. Veronika Antropova
3. Mələk Hüseynova

Hündürlüyə tullanma
1. Yusif Abdullayev
2. Sahib Əsgərov

Nüvə itələmə
1. Səkinə Hacızadə
2. Günel Hüseynova
3. Aysel Rəhimli

200 metr məsafəyə qaçış
1. Əlhəm Nağıyev
2. Aleksey Əliəkbərov

200 metr məsafəyə qaçış
1. Lamiyə Vəliyeva
2. Fəridə Rzayeva
3. Bahar Mustafayeva

800 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Ümid İbrahimov
3. Nihat Tağıyev

800 metr məsafəyə qaçış
1. Nila Heydərova
2. Leyla Abduləzizova
3. Fidan İslamova

3000 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Vahid Kərimov
3. Əmrah Nağıyev

3000 metr məsafəyə qaçış
1. Səmayə Hacıyeva
2. Nərminə Cəfərova
3. Xatirə Hidayətzadə

İdman.biz