Nazim Babayev bədii gimnastla evliliyindən danışıb - VİDEO

Xəbərlər
25 Yanvar 2024 17:53
Nazim Babayev bədii gimnastla evliliyindən danışıb - VİDEO

“Ailəm və həyat yoldaşım hər zaman mənə dəstək olub. Həmişə məni başa düşüblər”.

Bunu İdman.bizin studiyasının qonağı olan atletika üzrə Azərbaycan millisinin lideri Nazim Babayev deyib.

Bədii gimnast, hazırda isə məşqçi kimi çalışan Nərmin Cahangirova ilə ailə həyatı quran Avropa çempionu həyatındakı dəyişiklikdən danışıb. O bildirib ki, ailəsi daim ona dəstək olub: “İdmançı həyatı hər zaman enişli-yoxuşludur. Psixoloji məqamlar var. Bəzən özümdən asılı olmayaraq 10 gün əsəbi, 10 sakit oluram. Bu səbəbdən də idmançıya ancaq idmançı dözə bilər. Bir-birimizə məsləhətlər veririk. İdman barədə tez-tez məsləhətləşmələrimiz olur. Hər zaman ailəm məni yüksəklərdə görmək istəyir”.

Qeyd edək ki, Babayev ötən ilin noyabrın 26-da evlənib.

Emin Ağa
İdman.biz