Uşaq Atletikası Gününə həsr olunan yarışda gənc atlet fərqlənib - FOTO

10 İyun 2026 09:23
145
Uşaq Atletikası Gününə həsr olunan yarışda gənc atlet fərqlənib - FOTO

“Bakı 2026 - Dünya İdman Paytaxtı” layihəsi çərçivəsində məktəblilər arasında keçirilən ödənişsiz atletika məşqlərinin effektivliyi özünü göstərir.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Nərimanov rayonu üzrə seçilmiş məktəblərin ibtidai sinif şagirdləri üçün təşkil olunan təlimlərdən sonra beş şagird peşəkar məşq qruplarına cəlb olunub.

Şagirdlərdən biri - 45 nömrəli tam orta məktəbin üçüncü sinif şagirdi Şəhram Hacıyev ilk yarışında uğurlu nəticə əldə edib.

Mayın 31-də Bakı Bulvarında Azərbaycan Atletika Federasiyası tərəfindən Uşaq Atletikası Gününə həsr olunmuş “Kids Athletics Run” yarışında çıxış edən Şəhram Hacıyev 2017–2018-ci il təvəllüdlü iştirakçılar arasında 600 metr məsafəyə qaçışda gümüş medal qazanıb.

Qeyd edək ki, onun məşqçisi Ramal Vəliyevdir.

İdman.Biz