Atletika üzrə ölkə çempionatı Bakıda təşkil olunacaq

5 Fevral 2026 14:04
121
Atletika üzrə ölkə çempionatı Bakıda təşkil olunacaq

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə ölkə çempionatı keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış fevralın 6-7-də Bakı Atletika Mərkəzində təşkil olunacaq.

Turnirdə paytaxtla yanaşı, müxtəlif regionları təmsil edən ən güclü atletlər mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi fevralın 6-da, saat 16:00-da keçiriləcək.

İdman.Biz