Azərbaycan Güləş Federasiyasından Hacı Əliyevə etimad - VİDEO

Xəbərlər
26 İyun 2025 23:37
114
Azərbaycan Güləş Federasiyasından Hacı Əliyevə etimad - VİDEO

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək.

İdman.biz xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Hacı Əliyev sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, veteran güləşçi 2 qat Olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu kimi tarixi nailiyyətlərə imza atıb.

İdman.biz