ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında gümüş medal qazanan Elmir Əliyev finalda yol verdiyi səhvlərin ona ikinci dəfə dünya çempionu olmağa mane olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, yunan-Roma güləşçisi həlledici qarşılaşmanı dəyərləndirib.
“Yarışa çox yaxşı hazırlaşmışdıq. Finalda bəzi səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim”.
Elmir Əliyev gələcək hədəflərindən də danışıb:
“Qarşıma qoyduğum əsas məqsəd böyüklər arasında Avropa və dünya çempionu olmaqdır. Bu, ən böyük arzumdur. Ümid edirəm ki, həyata keçər. Məqsədimə çatmaq üçün əlimdən gələni edəcəyəm”, – deyə o, “report”a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, Elmir Əliyev U-23 dünya çempionatının finalında Qazaxıstan təmsilçisi Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.
