Yığmamızda dəyişiklik – Kandelakini Şəriəti əvəzləyib

Xəbərlər
30 Aprel 2024 15:13
855
Yığmamızda dəyişiklik – Kandelakini Şəriəti əvəzləyib

Mayın 9-12-də İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.

İdman.biz saytının əldə etdiyi məlumata görə, son anda 130 kq-da Beka Kandelakini Sabah Şəriəti əvəzləyib.

Məşqçilər korpusu Bakıdakı Avropa Olimpiya Təsnifat Turnirində lisenziya qazana bilməyən idmançını qardaş ölkəyə aparmamağa qərar verib.

İstanbulda onunla yanaşı, yunan-Roma yığmamızda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Murad Əhmədiyev (97 kq) Paris-2024-ə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Qadın millimizin 5 güləşçisi də Türkiyədə xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) lisenziya üçün yarışacaqlar.

Qeyd edək ki, yığmamız sərbəst güləşdə bütün çəkilərdə, yunan-Roma güləşində iki kateqoriyada lisenziya qazanıb.

İdman.biz

Məqalədə: