Giorgi Meşvildişvili: “Bu, onlarsız mümkün olmazdı”

Müsahibə
7 Aprel 2024 20:59
410
Giorgi Meşvildişvili: “Bu, onlarsız mümkün olmazdı”

“Komanda, federasiya, məşqçi korpusu qarşısında məsuliyyətim var idi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) deyib.

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024-ə vəsiqə qazanan pəhləvan yarımfinal görüşündəki həlledici qələbəsini şərh edib: “Qələbə üçün əlimdən gələni etdim. Uğuruma görə, bütün məşqçi heyətinə təşəkkürümü bildirirəm. Federasiya da bizim üçün hər cür şəraiti yaratmışdı. Xüsusən də, azarkeşləri vurğulamalıyam. Onlarsız mümkün olmazdı”.

Meşvildişvili Fransada keçiriləcək Olimpiadaya çempionluq üçün yollanacağını bildirib: “Bütün rəqiblər yaxşıdır. Xüsusən də, Moldova idmançısını qeyd edərdim. Yarışa yüksək səviyyədə hazırlaşmaq lazımdır. Bütün idmançıların əsas arzusu Olimpiya qızılını qazanmaqdır. Hamı bunun uğrunda döyüşəcək”.

Qeyd edək ki, 31 yaşlı güləşçi yarımfinalda Alen Xubulov (Bolqarıstan) üzərində qələbə qazanıb və bu növ üzrə komandamızın tam heyətlə Paris-2024-ə yollanacağını rəsmiləşdirib.

Banuçiçək Hüseynli
İdman.biz