Bakıda Dünya Seriyası: Azərbaycan 7 medal qazandı - FOTO

29 Avqust 2026 21:59
89
Bakıda Dünya Seriyası: Azərbaycan 7 medal qazandı

Bu gün Bakıda keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi başa çatıb.

İdman.Biz xəbər verir ki, “Sea Breeze” istirahət mərkəzində təşkil olunan yarışda Azərbaycanı təmsil edən 7 güləşçi fəxri kürsüyə qalxıb.

Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl, Nərgiz Səmədova (60 kq) və Sahib Dadaşov (80 kq) gümüş, Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) isə bürünc medal qazanıb.

Kişilərdən ibarət Azərbaycan millisi 84 xalla komanda hesabında birinci yeri tutub. Gürcüstan 62 xalla ikinci, Ukrayna 45 xalla üçüncü olub.

Qadın komandamız isə 40 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna 100 xalla birinci, İspaniya 24 xalla üçüncü yeri tutub.

Kişilər

70 kq

Oleksey Boruta (Ukrayna)

Konstantin Topşinoyev (Rusiya)

Levan Kelexsaşvili (Gürcüstan)

80 kq

Vüsal Əliyev (Azərbaycan)

Sahib Dadaşov (Azərbaycan)

Cavid Niftəlizadə (Azərbaycan)

90 kq

Əşrəf Aşırov (Azərbaycan)

Evsem Şvelidze (Gürcüstan)

Ramiz Həsənov (Azərbaycan)

+90 kq

Camal Feyziyev (Azərbaycan)

Vaja Dayauri (Ukrayna)

Mamuka Kordzaya (Gürcüstan)

Qadınlar

50 kq

Viktoriya Slobodenyuk (Ukrayna)

Ana Mariya Rotaru (Rumıniya)

Diana Risova (Ukrayna)

60 kq

Oksana Moskalova (Ukrayna)

Nərgiz Səmədova (Azərbaycan)

Lidiya Torino (İspaniya)

70 kq

Olena Nikitinska (Ukrayna)

Qalina Olekseyvska (Ukrayna)

İrina Rinqaçi (Moldova)

+70 kq

Darya Konstantinova (Ukrayna)

Eliana Bommarito (ABŞ)

Mariya Zenkina (Ukrayna)

Qeyd edək ki, ilk dəfə Azərbaycanda keçirilən yarışda 14 ölkədən 55 güləşçi mübarizə aparıb.

Dünya Seriyasının final mərhələsi sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində təşkil olunacaq. Həmin yarışda Dünya Seriyasının bütün mərhələlərində toplanan xalların nəticələrinə əsasən dünya çempionları müəyyənləşəcək.

İdman.Biz