Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın dörd sərbəst güləşçisi bu gün mübarizəyə start verəcək.
İdman.Biz xəbər verir ki, 1/16 final mərhələsində İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə qarşılaşacaq.
1/8 final mərhələsində Cəbrayıl Hacıyev (79 kq) iordaniyalı Erzo İsakovla üz-üzə gələcək. Ali Tsokayevin (92 kq) rəqibi isə litvalı Domantas Pauliuşenko – şimali makedoniyalı Redjep Haydari cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
