Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə “Yon Kornianu & Ladislav Simon” memorial turniri keçirilib.
İdman.Biz xəbər verir ki, yarışda Azərbaycanı yunan-Roma güləşi üzrə milli komandanın üzvləri təmsil ediblər.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında mübarizə aparan güləşçilərimiz turniri beş medalla başa vurublar.
Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) qızıl medal qazanıblar. İlkin Qurbanov (63 kq) isə bürünc medala sahib olub.
Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub.
