Bakıda Qazaq güləşi üzrə dünya çempionatı keçiriləcək

5 Avqust 2026 15:12
89
Bakıda Qazaq güləşi üzrə dünya çempionatı keçiriləcək

Bakıda Qazaq güləşi üzrə dünya çempionatına ev sahibliyi edəcək.

İdman.Biz xəbər verir ki, böyüklər arasında təşkil olunacaq yarış avqustun 22-23-də Bakı İdman Sarayında keçiriləcək.

Çempionat “Qazaq Kuresi” Assosiasiyası və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Dünya çempionatında kişilər və qadınlar arasında ümumilikdə 16 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcəklər. Kişilər 55, 60, 66, 74, 82, 90, 100 və 100 kq-dan yuxarı, qadınlar isə 48, 52, 56, 60, 65, 70, 77 və 77 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Hər ölkədən yarışa səkkizədək idmançı və bir nümayəndə iştirak edəcək.

Avqustun 22-də yüngül çəki dərəcələri üzrə görüşlər keçiriləcək. Kişilər arasında 55, 60, 66 və 74 kq, qadınlarda isə 48, 52, 56 və 60 kq çəkilərdə mübarizə Bakı vaxtı ilə saat 11:00-da başlanacaq. Açılış mərasimi saat 17:00-da təşkil olunacaq, ardınca final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək.

Çempionatın ikinci günündə kişilər 82, 90, 100 və 100 kq-dan yuxarı, qadınlar isə 65, 70, 77 və 77 kq-dan yuxarı çəki dərəcələrində xalça üzərinə çıxacaqlar. Görüşlər yenə saat 11:00-da başlayacaq və yarış final qarşılaşmaları ilə tamamlanacaq.

Dünya çempionatının qalibləri və mükafatçıları medal, diplom və pul mükafatları ilə təltif olunacaqlar. Yarışa Dünya Güləş Birliyinə üzv olan bütün milli federasiyalar dəvət edilib.

İdman.Biz