Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatına start verilib.
İdman.Biz bildirir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib.
Emin Cavadlı (55 kq) Skopye arenasında heç kimə şans tanımayıb. O, türkiyəli Denizhan Ogünə (5:1), almaniyalı Lenni Voernerə (16:5) və yunanıstanlı Vasileyos Papageorgiuya (9:0) qalib gələrək finala yüksəlib. Emin sabah həlledici görüşdə ermənistanlı Edqar Petrosyanla üz-üzə gələcək.
Tural Əhmədov (63 kq) 1/8 finalda gürcüstanlı Giorgi Tçikaidzeyə (0:9) məğlub olub.
Cavidan Nehmətov (77 kq) finlandiyalı Luka Kayanneyə (2:0), rusiyalı Nazar Berkovskiyə (8:0) və türkiyəli Alkan Akaraya (3:1) üstün gələrək finala vəsiqə qazanıb. Təmsilçimiz finalda ermənistanlı Samvel Terteryanla qarşılaşacaq.
Orxan Hacıyev (87 kq) inamla start verib. O, əvvəlcə Almaniya təmsilçisi Anton Buxholtsuya (9:0), daha sonra ukraynalı Vladislav Solodçukuya (11:9), yarımfinalda isə israilli İtjak Nemsadzeyə (9:0) qalib gələrək finala adlayıb. Orxan sabah birincilik uğrunda rusiyalı Mixail Şkarinlə mübarizə aparacaq.
Mübarizəyə 1/4 finaldan qoşulan Museyi-Kazım Hüseyn (130 kq) ermənistanlı Lyova Şuxyana 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz finala gedən yolda ukraynalı İvan Yankovskiyə 0:9 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Pəhləvanımız bürünc medal uğrunda mübarizədə türkiyəli Üzeyir Bostanla görüşəcək.
21:13
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı keçirilir.
İdman.Biz xəbər verir ki, yarışın ilk günündə güləşçimiz Emin Cavadlı (55 kq) türkiyəli Denizhan Ogün (5:1) və almaniyalı Lenni Voernerə (16:5) qalib gələrək yarımfinala yüksəlib. Emin yarımfinalda yunanıstanlı Vasileyos Papageorgiuyla qarşılaşacaq.
Tural Əhmədov (63 kq) 1/8 finalda gürcüstanlı Giorgi Tçikaidzeyə (0:9) məğlub olub.
Cavidan Nehmətov (77 kq) finlandiyalı Luka Kayanne (2:0) və rusiyalı Nazar Berkovskiyə (8:0) qalib gələrək yarımfinala yüksəlib. Cavidan yarımfinalda türkiyəli Alkan Akarla qarşılaşacaq.
Orxan Hacıyev (87 kq) almaniyalı Anton Buxholts (9:0) və ukraynalı Vladislav Solodçuka (11:9) qalib gələrək yarımfinala yüksəldi. Orxan yarımfinalda israilli İtjak Nemsadzeylə qarşılaşacaq.
Museyi-Kazım Hüseyn ermənistanlı Lyova Şuxyana (2:1) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı İvan Yankovski ilə qarşılaşacaq.
Yarış iyulun 12-dək davam edəcək.
