Azərbaycanın çimərlik güləşçiləri Gürcüstanın Batumi şəhərində keçirilən böyüklər arasında Dünya Seriyasının üçüncü mərhələsində mübarizəni davam etdirirlər.
İdman.Biz xəbər verir ki, təmsilçimiz 80 kq çəki dərəcəsində A qrupunda çıxış edən Vüsal Əliyev ikinci turda ev sahibi ölkənin təmsilçisi Dieqo Maxaradze ilə qarşılaşıb. Azərbaycan güləşçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Eyni çəkidə B qrupunda yarışan Sahib Dadaşov isə ikinci turda gürcüstanlı Luka Çxitunidze ilə üz-üzə gəlib. Görüş Sahib Dadaşovun 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
90 kq çəki dərəcəsində B qrupunda mübarizə aparan Əşrəf Aşırov ikinci tur qarşılaşmasında fransalı Matis Damien Leon Meyran üzərində 3:1 hesablı qələbə qazanıb.
+90 kq çəki dərəcəsində B qrupunda çıxış edən İslam İlyasov isə ikinci turda ukraynalı Vaja Dayauri ilə qarşılaşıb. Görüş Ukrayna təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
15:52
Azərbaycanın çimərlik güləşçisi Rübail İbrahimli Gürcüstanın Batumi şəhərində keçirilən böyüklər arasında Dünya Seriyasının üçüncü mərhələsində mübarizəni dayandırıb.
İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində B qrupunda yarışan İbrahimli ikinci tur görüşündə ukraynalı Oleksiy Boruta ilə üz-üzə gəlib.
Görüş rəqib idmançının üstünlüyü şəraitində keçib və Azərbaycan təmsilçisi 0:3 hesabı ilə məğlub olub.
13:56
Azərbaycanın altı çimərlik güləşçisi Gürcüstanın Batumi şəhərində keçirilən böyüklər arasında Dünya Seriyasının üçüncü mərhələsində iştirak edir.
İdman.Biz xəbər verir ki, təmsilçimiz İlqar Nəzərli 90 kq çəki dərəcəsində nokaut mərhələsində yunanıstanlı Yorqos Tsaknakisə 1:2 hesabı ilə məğlub olub.
Digər çimərlik güləşçimiz Vüsal Əliyev 80 kq A qrupunda ilk turda serbiyalı Milyan Rayiçi 3:0 hesabı ilə məğlub edib. Sahib Dadaşov 80 kq B qrupunda ilk görüşdə fransalı Huqo Xose Fabyen Küenonu 2:0 hesabı ilə üstələyib.
İslam İlyasov +90 kq B qrupunda ilk turda gürcüstanlı Tedore Ebanoidzeyə 0:1 hesabı ilə uduzub.
Rübail İbrahimli 70 kq B qrupunda Puerto Rikolu Tayler Devid Noksanı 4:0 hesabı ilə məğlub edib.
Əşrəf Aşırov 90 kq B qrupunda yunanıstanlı Yorqios Tsaknakisi 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış iyunun 21-də başa çatacaq.
