Yarımorta çəkidə müvəqqəti keçmiş UFC çempionu amerikalı Kolbi Kovinqton BƏƏ-ni təmsil edən məğlubedilməz 31 yaşlı UFC çempionu Həmzət Çimayevlə RAF-da sərbəst güləş matçında qarşılaşmaq istəyini bildirib.
İdman.Biz bildirir ki, Kovinqton bunu azarkeşlərinin aldatmasının qisasını almaq üçün etmək istəyir.
“Həmzət əlbəttə ki, döşəkdə güləşmək istədiyim birisidir. O, bütün dostlarını bu mem sikkəsi ilə aldadaraq 5-10 milyon dollar qazanıb və bütün azarkeşlərini aldadıb. Bilirəm ki, azarkeşlər məndən qisas almağımı və onu döyməyimi istəyirlər. Bunu etmək üçün RAF döşəyindən daha yaxşı yer varmı?”, - deyə “Bloody Elbow” Kovinqtondan sitat gətirir.
